"Barselona"nın futbolçusu Lamin Yamal komandanın Çempionlar Liqası qazanmaq istəyi ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, ispaniyalı vinger komandada hər kəsin buna inandığını deyib:
"Hesab edirəm ki, Çempionlar Liqasında qələbə nəticəsinə olan fanatik bağlılıq müsbət amildir. Hər bir oyunçunun yekun uğura səmimi qəlbdən inandığı soyunub-geyinmə otağında olmaq mənə xoşdur. İspaniya çempionatının qızıl medallarını yenidən qazanmağı və Çempionlar Liqasının qalibi olmağı hədəfləmişik. Yalnız La Liqa uğrunda mübarizə aparacağımızı demək qorxaqlıq olardı".
Xatırladaq ki, "Barselona" İspaniya La Liqasının son iki mövsümünün qalibi olub. Kataloniya təmsilçisi Çempionlar Liqası kubokunu isə sonuncu dəfə 2015-ci ildə qazanıb.
saytlarin hazirlanmasi
