“Neftçi”nin futbolçusu Kristian Kostin özünə komanda tapıb.
Sportal.az xəbər verir ki, 28 yaşlı müdafiəçi ölkəsində oynayacaq.
O, Rumıniya 2-ci liqasında yarışan “Çindiya” ilə anlaşıb. Artıq tərəflər arasında bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kostin ötən mövsümü “Neftçi”də keçirmişdi. O, UTA Arad, “Voluntari”, “Dinamo”(Buxarest) klublarının formasını geyinib.

Mirbağırağa
