Millimizin hücumçusu Ukraynada debüt etdi

00:33 - 14 Sentyabr 2026

Ukraynada Premyer Liqanın 6-cı turu çərçivəsində bir sıra oyunlar keçirilib.

Sportal.az xəbər verir ki, son vaxtlar Azərbaycan futbol millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Bukovina” doğma meydanda “Zarya”nı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Dadaşov 66-cı dəqiqədə meydana daxil olaraq yeni komandasında rəsmi debütünü edib.

Hazırda “Bukovina” 7 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Xəbər xətti