"Çempionluğu yenidən qazanmaq istəyiriksə, hər matça maksimum motivasiya ilə çıxmalıyıq"

12:33 - 16 Sentyabr 2026

“Sabah”ın yarımmüdafiəçisi Abdula Xaybulayev Misli Premyer Liqasının 5-ci turunun “Şəfa” ilə görüşündən sonra Sportal.az saytına açıqlama verib.

O, komandasının səfərdəki 3:0 hesablı qalibiyyətini şərh edib:

"Matç çətin keçdi. Çoxlu qol şanslarımız var idi. Daha çox qol vura bilərdik, amma qol buraxmaq təhlükəmiz də oldu. Çempionlar Liqasından Premyer Liqaya keçiddə heç bir problem görmürəm. Qələbəmiz bunun sübutudur. Motivasiya olmadan heç bir oyunda qalib gələ bilməzsən. Çempionluğu yenidən qazanmaq istəyiriksə, hər oyuna maksimum motivasiya ilə çıxmalıyıq. Növbəti rəqibimiz “İmişli”dir. Bu matça da hazırlaşacağıq. Mütləq qalib gəlməliyik".

Mirbağırağa

Xəbər xətti