“Xankəndi” rəhbərliyi vədiyini yerinə yetirməmək üçün bəhanə tapdı

19:17 - 16 Sentyabr 2026

"Xankəndi" klubu futbolçularına vəd etdiyi mükafatları verməkdən imtina edib.

Sportal.az xəbər verir ki, Sport24.az-a bu barədə etibarlı mənbədən məlumat daxil olub.

Qarabağ təmsilçisi ötən mövsüm II Liqanın qalibi olacağı təqdirdə futbolçularına müəyyən məbləğdə mükafat verəcəyini vəd edib. "Xankəndi" çempionluq tituluna yiyələnərək mövsümü qızıl medallarla başa vursa da, oyunçulara vəd olunan mükafat hələ də ödənilməyib.

İddialara görə, klub rəhbərliyi futbolçulara mükafatın verilməyəcəyini bildirib. Buna səbəb kimi isə sözügedən məlumatın mətbuata sızdırılması göstərilib. Rəhbərlik klubun düşərgəsində yaşananların ictimailəşdirilməsi səbəbindən ödənişdən imtina edilib.

Qeyd edək ki, "Xankəndi" 2025/26 mövsümündə II Liqanın qalibi olub və yeni mövsümdə mübarizəni I Liqada davam etdirir.

Xəbər xətti