Yunanıstanın "Olimpiakos" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Super Liqa nəhəngi "Samsunspor"dan Marius Muandilmadjini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Olimpiakos" çadlı forvard üçün Türkiyə klubuna 7+2 milyon avro təzminat ödəyəcək. 28 yaşlı forvardla 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Marius Muandilmadji cari mövsümdə "Samsunspor"un heyətində meydana çıxdığı 2 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi
