"Mançester Yunayted"in sabiq hücumçusu La Liqa klubuna keçir

20:21 - 16 Sentyabr 2026

"Mançester Yunayted"in keçmiş hücumçusu Entoni Marsyal karyerasını İspaniyada davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Malaqa" fransalı forvardı heyətinə qatmaq istəyir. Bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.

La Liqa təmsilçisi Marsyalla danışıqlar aparır. Danışıqların artıq yekun mərhələdə olduğu və 30 yaşlı futbolçunun yaxın günlərdə "Malaqa" ilə müqavilə imzalayacağı bildirilir.

Qeyd edək ki, Entoni Marsyalın son klubu bu ilin yayında ayrıldığı "Monterreey" olub.

Xəbər xətti