"Qarabağ"ın sabiq forvardı Kamilo Duran Kolumbiya milli komandasına dəvət edilib.
Sportal.az xəbər verir ki, hazırda "Seltik"in şərəfini qoruyan gənc hücumçu yığmanın düşərgəsinə yollanacaq.
Bu barədə Şotlandiya mətbuatı məlumat verib.
O, özünə millinin əsas siyahısında yer edə bilib.
Duran bu yay 5.5 milyon avro qarşılığında "Qarabağ"dan “Seltik”ə keçib və ilk dəfə milliyə çağırılıb.
Kolumbiyalı Şotlandiya klubunda 10 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
