"Liverpul"un qolkiperi Səudiyyə Ərəbistanı klubuna keçə bilər

11:18 - 17 Sentyabr 2026

“Liverpul” və Braziliya milli komandasının qapıçısı Alisson Beker karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, 33 yaşlı qolkiperə “Əl-İttihad”dan təklif gəlib.

Ərəblər onu mövsümün sonunda heyətinə qatmağı planlaşdırır.

Alissonun “Liverpul”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Təcrübəli qapıçı özü hələ ki yekun qərarını verməyib.

O, “İnternasional”, “Roma” klublarının formasını geyindikdən sonra 2018-ci ildə “Liverpul”a keçib.

Xəbər xətti