Tünzalə Ağayeva bu klubumuz üçün himn yazdı

20:32 - 17 Sentyabr 2026

2025/26 mövsümündə Azərbaycan Yüksək Liqasında çempion olan "Turan" Voleybol Klubu üçün himn yazılıb.

Sportal.az Sport1.az-a istinadən xəbər verir ki, bu addım bəstəkar, məşhur müğənni Tünzalə Ağayeva tərəfindən atılıb.

Əslən Tovuzdan olan xalq artisti Azərbaycanı beynəlxalq arenada təmsil edəcək klub üçün belə bir jest edib.

"Turan" Çempionlar Liqasının II təsnifat mərhələsində Xorvatiya təmsilçisi "Mladost"la qarşılaşacaq.

İlk oyun oktyabrın 20-22-də Bakıda, cavab görüşü isə 27-29-da səfərdə keçiriləcək.

Xəbər xətti