"Arsenal" Martin Subimendinin qış transfer pəncərəsində komandanı tərk etməsinə icazə verməyi planlaşdırmır.
Sportal.az "Football Insider"ə istinadən xəbər verir ki, London klubu 27 yaşlı yarımmüdafiəçini mövsümün sonuna qədər heyətdə saxlamaq istəyir.
Bununla belə, ispaniyalı futbolçunun oyun vaxtı ilə bağlı vəziyyəti mürəkkəb olaraq qalır. Subimendi mövsümün bütün matçlarına ehtiyat oyunçular skamyasından başlayıb, onun start heyətindəki yeganə çıxışı isə Liqa Kubokuna təsadüf edib. "İпsviç"ə qarşı həmin matçda futbolçu sağ cinah müdafiəçisi mövqeyində də oynayıb.
Az oyun vaxtına baxmayaraq, baş məşqçi Mikel Arteta bütün heyəti saxlamaqda maraqlıdır. Klub mövsümün ortasında komandanı zəiflətmək istəmir. Çünki "Arsenal" eyni anda bir neçə cəbhədə mübarizəni davam etdirir.
saytlarin hazirlanmasi
