"Sabah"ın rəqibi səfərdə qazandı - VİDEO

09:49 - 20 Sentyabr 2026

Almaniya Bundesliqasında 4-cü turun matçları keçirilir.

Sportal.az xəbər verir ki, "Sabah"ın Çempionlar Liqasındakı rəqiblərindən olan "Borussiya" (Dortmund) "Ştutqart"ı səfərdə məğlub edib.

Dortmunduların yeganə qolunu 70-ci dəqiqədə Beyer vurub.

"Borussiya" maksimum xalla Bundesliqanın lideridir.

"Ştutqart" - "Borussiya" (Dortmund) 0:1
Qol
: Beyer 70

Xəbər xətti