"Qalatasaray"ın əfsanəvi futbolçusu Hasan Şaş saxlanılıb.
Sportal.az xəbər verir ki, bu barədə "NTV Spor" məlumat yayıb.
Bakırköy prokurorluğu məşhur şəxslərə qarşı narkotik əməliyyatı həyata keçirib. Əməliyyat nəticəsində ümumilikdə 18 nəfər saxlanılıb.
Saxlanılanların arasında idmançı, musiqiçi, sosial media fenomenləri də yer alıb. Hasan Şaşdan başqa siyahıdda tanınmış repçi "Sefo" (Seyfullah Sağır), aktyor Aras Bulut İynemli, müğənni Hande Demir və başqaları da var.
saytlarin hazirlanmasi
