“Real”ın hücumçusu Endrik bu mövsüm qazandığı oyun müddətindən narazıdır.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, buna görə də braziliyalı komandadan ayrılmaq niyyətindədir.
Onun “Arsenal”a keçəcəyi gündəmdədir. London təmsilçisi Endriki heyətinə qatmaqda israrlıdır.
Braziliyalının yanvar ayında transfer hüququ olmadan icarə müqaviləsi imzalayacağı gözlənilir.
20 yaşlı forvardın "Real"la müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir.O, "Palmeyras"ın yetirməsidir və ötən mövsümü icarə əsasında "Lion"da keçirib.
saytlarin hazirlanmasi
