Braziliya millisinin üzvü BƏƏ klubuna keçmədi

16:22 - 20 Sentyabr 2026

"Tottenhem" və Braziliya millisinin hücumçusu Riçarlison İngiltərə klubunda qalacaq.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, “Tottenhem” onu BƏƏ-nin “Şabab Əl-Əhli” klubuna satmaq istəməyib. 

Riçarlison 2022-ci ilin yayından "Tottenhem"dədir və onun müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir. 

O, bu mövsüm Premyer Liqada bir dəfə meydana çıxıb. "Transfermarkt" portalındakı məlumata görə, onun bazar dəyəri 25 milyon avrodur.
 

Xəbər xətti