Milliyə yeni müdafiəçi "Sportinq"dən dəvət edildi

13:34 - 21 Sentyabr 2026

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente “Sportinq”in (Lissabon) müdafiəçisi İvan Fresnedanı Millətlər Liqasının ilk dörd oyunu üçün heyətə daxil edib.

Sportal.az xəbər verir ki, milli komandanın təlim-məşq toplanışı sentyabrın 22-də başlayacaq.

Futbolçu əvvəllər U-21 yığmasına cəlb edilmişdi. O, zədələnərək sıradan çıxan Pedro Porro zədənu əvəzləyəcək. Fresneda “Valyadolid”in yetirməsi və sabiq futbolçusudur.

İspan müdafiəçisi 2023-cü ildən “Sportinq”də oynayır.

Xəbər xətti