Azərbaycan çempionatında 8 komanda mübarizə aparacaq

11:49 - 21 Sentyabr 2026

2026/2027 mövsümündə Azərbaycan Basketbol Liqasında iştirakçı klubların siyahısında dəyişiklik edilib.

Sportal.az xəbər verir ki, yeni mövsümdən yüksək liqada 8 komanda iştirak edəcək.

Bu barədə federasiyanın mətbuat xidməti məlumat verib. 

ABL və ölkə kubokunun keçirilməsi haqqında əsasnamənin 3.3 və 5.12-ci maddələrinə əsasən, klubların qeydiyyat tələblərinin yerinə yetirilməsi ilə bağlı aparılan qiymətləndirmənin nəticəsində ABL İdarə Heyəti tərəfindən müvafiq qərar qəbul edilib.

Qərara əsasən, 2026/2027 mövsümündə "Sumqayıt" ABL-də, "Şəki" isə ABL 2-də iştirak edəcək.

Beləliklə, 2026/2027 mövsümündə ABL-də "Sabah", "LANDAU Lions", "Gəncə", "Neftçi", "Ordu", "Naxçıvan", NTD Və "Sumqayıt" komandaları mübarizə aparacaq.

Xəbər xətti