"Beşiktaş" və "Trabzonspor" Braziliya millisində oynamış hücumçunu istəyir

10:48 - 22 Sentyabr 2026

“Trabzonspor” və “Beşiktaş” eyni forvard üçün mübarizə aparır. 

Sportal.az “A Bola”ya istinadən xəbər verir ki, hər iki klub Braziliya yığmasında da oynamış, hazırda “Flamenqo”ya məxsus Pedro ilə yaxından maraqlanır.

Artıq hər iki komanda 29 yaşlı hücumçu üçün “Flamenqo” ilə danışıqlara başlayıb. Lakin hələ ki Braziliya klubu heç bir kluba qəti cavab verməyib.

Onunla maraqlanan digər klub isə “Ayaks”dır. Pedronun isə “Flamenqo” ilə müqavilə müddəti 2027-ci il dekabrın 31-nə qədərdir. O, “Fluminense”, “Fiorentina” komandalarında da çıxış edib.
 

Xəbər xətti