Portuqaliya millisinin baş məşqçisi Jorje Jesusa Kriştiano Ronaldunun Uelslə oyunu tam keçirib-keçirməyəcəyi barədə sual verilib.
Sportal.az xəbər verir ki, Jesus öz açıqlamasında bunıarı qeyd edib:
“Ronaldonun oynamağa hazır olub-olmaması ilə bağlı narahatlığınızı hiss etdim. O, Portuqaliyanın simvoludur. Bu, ona hər oyunda oynamaq hüququ vermir, amma vəziyyəti daha yaxşı anlamağınız üçün bir nümunə deyim: biz “Əl-Nəsr”lə Honkonqda onsuz oyun keçirdik və stadiona 5 min azarkeş gəldi. O oynayanda isə 55 min azarkeş var idi.
Sabah o, oynayacaq. Ümid edirəm ki, erkən dəqiqələrdə bir-iki qol vurar və mən də onu daha tez əvəz edə bilərəm”.
saytlarin hazirlanmasi
