Obameyanq zədələndi - 2 ay oynamayacaq

21:34 - 23 Sentyabr 2026

İspaniyanın "Deportivo" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, hücumçu Pyer-Emerik Obameyanq sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qabonlu hücumçu dizindən ziddi zədə alıb. 37 yaşlı futbolçu əməliyyat olunacaq. Onun təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, Pyer-Obameyanq mövsümün əvvəlindən "Deportivo"da çıxış edir. Təcrübəli oyunçu La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti