"Etiraf etmək lazımdır ki, hazırda “Barselona” qorxuducu görünür" - Anri

22:54 - 24 Sentyabr 2026

Fransa millisinin sabiq hücumçusu Tyerri Anri bildirib ki, “Barselona” mövsümün startında rəqiblərinə qorxu yaşadır.

Sportal.az xəbər verir ki, Hans-Diter Flikin rəhbərlik etdiyi Kataloniya təmsilçisi mövsümün əvvəlindən La Liqa və Çempionlar Liqasında keçirdiyi 8 oyunun hamısında qalib gəlib. Komandanın bu matçlardakı ümumi top fərqi 36:8 olub.

"İndiki məqamda ən yaxşı olan komanda sonradan dəyişə bilər. Buna görə də belə suallara cavab verməyi o qədər də sevmirəm. Biz yalnız hazırkı vəziyyətdən danışırıq.

Ötən mövsümdə PSJ-ni xatırlayın. Əvvəlcə heç kim onların Çempionlar Liqasını qazanacağını deməzdi, amma sonda bunu bacardılar. Hər şey dəyişir. Bununla belə, etiraf etmək lazımdır ki, hazırda “Barsa” qorxuducu görünür",– deyə Anri bildirib.

Xəbər xətti