"Sabah"ın yarımmüdafiəçisinə İranla oyunda şans verilmədi

21:46 - 24 Sentyabr 2026

Özbəkistan milli komandası yoldaşlıq oyununda qüvvəsini sınayıb.

Sportal.az xəbər verir ki, Fabio Kannavaronun rəhbərlik etdiyi kollektiv evdə İran seçməsini qəbul edib. Fərqanə şəhərində keçirilən qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Özbəkistan millisinin "Sabah"da çıxış edən üzvü Umarali Rahmonaliyev bu görüşdə iştirak etməyib. 23 yaşlı dayaq yarımmüdafiəçisi sona qədər ehtiyatda qalıb.

Xəbər xətti