"Qəbələ" braziliyalı hücumçunu Azərbaycana qaytardı - RƏSMİ

20:43 - 25 Sentyabr 2026

“Qəbələ” heyətinə yeni futbolçu cəlb edib.

Sportal.az xəbər verir ki, bölgə təmsilçisi Rafael Utziqlə 2026-2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalayıb.

2020-2023-cü illərdə “Qəbələ”nin şərəfini qoruyan braziliyalı vinger 94 oyunda 18 qol vurub.

30 yaşlı futbolçu son olaraq Vyetnamın "Ho Çi Minh Siti” komandasında çıxış edib. Utziq Azərbaycanda  "Zirə"nin də formasını geyinib.

Xəbər xətti