Millimiz Çexiya ilə heç-heçə etdi - YENİLƏNİB

19:41 - 25 Sentyabr 2026

Bu gün Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandamız AVRO-2027-nin seçmə mərhələsinin B qrupunun 8-ci turunda oyun keçirəcək.

Sportal.az xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi kollektiv evdə Çexiya ilə qarşılaşacaq.

17:45 Azərbaycan (U-21) – Çexiya (U-21) 1:1
Qollar:
Eşqin Əhmədov, 45 - Filip Lissa, 38
Masazır, Bank Respublika Arena
Baş hakim: Aaron Odoud (İrlandiya)

Millimiz əvvəllər Portuqaliya (0:5, 0:4), Bolqarıstan (1:1, 0:0), Çexiya (0:5), Şotlandiya (3:3) və Cəbəllütariq (1:0) ilə oynayıb. Yığma komandamız növbəti görüşlərini Şotlandiya (30 sentyabr) və evdə Cəbəllütariqə (6 oktyabr) qarşı keçirəcək.

Xəbər xətti