Elvinin komandasının oyunu yağışa görə təxirə salındı - VİDEO

21:26 - 14 Oktyabr 2026

Türkiyə I Liqasının X turunun "Ümraniyespor" - "Boluspor" matçı 70-ci dəqiqədə təxirə salınıb.

Sportal.az xəbər verir ki, buna səbəb güclü yağışın yağmasıdır. Oyunun nə vaxt davam edəcəyi barədə daha sonra məlumat veriləcək.

Qarşılaşma dayandırıldığı zaman qonaq komanda hesabda 1:0 öndə olub.

Qeyd edək ki, "Boluspor"da Azərbaaycan milli komandasının sabiq üzvü Elvin Yunuszadə çıxış edir. 34 yaşlı mərkəz müdafiəçisi ehtiyat oyunçular skamyasında yer alıb.

Xəbər xətti