"Oliseni qıcıqlandırmağı bacardıq" - "Vikinq"in kapitanı

22:15 - 14 Oktyabr 2026

"Vikinq" UEFA Çempionlar Liqası Liqa mərhələsinin II turunda doğma meydanda "Bavariya" ilə 3:3 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, bu matçda Norveç təmsilçisinin kapitanı Zlatko Tripiç rəqib oyunçunun qırmızı vərəqə almasına səbəb olub. O, Maykl Oliseni qıcıqlandırıb. Nəticədə fransalı vinger topu Triçipin üzünə vurub. 33 yaşlı futbolçu bununla istəklərinə nail olduqlarını bildirib:

"Oliseni qıcıqlandırmağı bacardıq. O, burada özünü çox rahat hiss edəcəyini gözləməməli idi. Meydanda rəqib oyunçuların bir çoxu mənə qışqırırdı. Forma istəmək üçün "Bavariya"nın paltardəyişmə otağına getməyə cəsarət etmədim".

Xəbər xətti