Premyer Liqada 7 tura 3 baş məşqçi istefası gerçəkləşib. "Qəbələ" Tsxadadzeni, "Araz-Naxçıvan" Cavid Hüseynovu, "İmişli" isə Fərid Namazovu yola salıb. Çempionatın ilk dövrəsi üçün böyük saydır.
"İmişli" mövsümə ilk 5-likdə qərarlaşmaq iddiası ilə başlasa da, oyundan-oyuna hədəfdən uzaqlaşmaqdadır. 7 oyuna 4 xal, 9-cu yer. Əslində, "İmişli"nin bu heyətlə 5-ci olmaq istəyi futbol ictimaiyyəti tərəfindən reallıq kimi qəbul olunmur. Amma klubun rəhbərliyinə arzularını dilə gətirmək qadağası qoymaq olmaz.
Bəlkə də Fərid Namazov həmin arzuların badına getdi. Çünki ondan sonra gələn məşqçinin də yuxarı pillələr uğrunda mübarizə aparması inandırıcı deyil. Hazırki vəziyyətdə bölgə klubu Premyer Liqada yerini qoruya bilsə, bu özü də bir işdir.
Fərid Namazova gəlincə, gənc mütəxəssis "eyni çaya ikinci dəfə girdi". O, "İmişli"ni Premyer Liqaya çıxaran mütəxəssisdir. Lakin həmin vaxt rəhbərlik onunla davam etmək istəməyib, yerinə portuqaliyalı məşqçi gətirmişdi. Yəni, Fərid bəy tələbləri imkanlarının üstündə olan klubda işləməyin çətinliyindən məlumatlı idi. Buna rəğmən əl sıxışdı, işə başladı, lakin heç birinci dövrəni komandanın başında bitirə bilmədi. Halbuki "İmişli" sırf oyun planında pis görünmürdü. Amma bu məqam da onu istefaya göndərilməkdən qurtara bilmədi. Yunan filosofu Heraklit demişkən, "eyni çaya iki dəfə girmək olmaz".
Fikrət
saytlarin hazirlanmasi
