Nəriman Axundzadə Azərbaycana geri qayıda bilər - Türkiyədə qalmaq variantı da var

13:22 - 13 Oktyabr 2026

Azərbaycanın U-21 yığmasının üzvü Nəriman Axundzadənin vaxtından əvvəl – yəni qışda “Erzurumspor”dan ayrıla bilər. 

Sportal.az xəbər verir ki, "Kolambus Kryu"ya məxsus olsa da, yayda mövsümlük "Erzurumspor"a icarəyə verilmiş Axundzadənin oradan ayrılması gündəmdədir.

Buna səbəb isə Türkiyə klubunun ondan gözləntisini ala bilməməsidir. Axundzadənin hazırda iki variant var. Türkiyə 1-ci liqasından onunla maraqlanan klublar var. Yığmamızın hücumçusunun digər variant isə Azərbaycana geri qayıtmaqdır.

Belə ki, Axundzadəyə Premyer Liqamızda mübarizə aparan klublar arasında da icarə təklif edən klublar var. O, qışda öz gələcəyi ilə bağlı qərarını verməlidir.

Nərimanın "Kolambus Kryu" ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. 

Xəbər xətti