Millimiz dünya çempionatı öncəsi son təlim-məşq toplanışı keçirəcək

17:09 - 13 Oktyabr 2026

U-16 milli komandamız FIFA U-15 Dünya Çempionatı və Festivalı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək.

Sportal.az xəbər verir ki, millimiz oktyabrın 16-dan 18-dək Bayıl İnkişaf Mərkəzində hazırlıq keçəcək. Toplanışa 16 futbolçu dəvət olunub.

Qeyd edək ki, oktyabrın 22-dən 30-dək ölkəmizdə keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalında Azərbaycanı U-16 milli komandamız təmsil edəcək.

Xəbər xətti