"Mançester Yunayted"in 6 futbolçusu "Atletiko"ya qarşı oynamayacaq

16:31 - 13 Oktyabr 2026

"Mançester Yunayted" UEFA Çempionlar Liqası Liqa mərhələsinin II turu çərçivəsində səfərdə "Atletiko"nun qonağı olacaq.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi oyuna ciddi itkilərlə çıxacaq. 6 futbolçu Madriddə "qırmızı şeytanlar"a kömək edə bilməyəcək.

Kobbi Meynu, Lyuk Şou, Benyamin Şeşko, Patrik Dorqu, Nussair Mazraui və Manuel Uqarte İspaniya klubuna qarşı oynamayacaq. Adıçəkilən oyunçular zədəlidir.

Qeyd edək ki, "Atletiko" - "Mançester Yunayted" qarşılaşması bu gecə keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Xəbər xətti