"Qazandıqları bütün titullara layiqdirlər" - Enrike “Mançester Siti”nin işi barədə

22:12 - 13 Oktyabr 2026

PSJ-nin baş məşqçisi Luis Enrike “Mançester Siti” ilə bağlı aparılan işə münasibət bildirib.

Sportal.az xəbər verir ki, daha əvvəl İngiltərə Premyer Liqasının müstəqil komissiyası “Mançester Siti”ni 2009–2018-ci illər ərzində maliyyə qaydalarını 114 dəfə pozmaqda təqsirli bilib. Klub isə qərarla razılaşmayaraq apellyasiya şikayəti verib. Sabah “Mançester Siti” Çempionlar Liqasının liqa mərhələsinin 2-ci turunda PSJ-ni qəbul edəcək.

“Böyük klubların ətrafında həmişə çox səs-küy olur. Qərar vermək səlahiyyətinə malik olan qurumun yekun qərarını gözləməliyik. Biz gözləyəcəyik və ümid edirəm ki, “Mançester Siti” üçün hər şey yaxşı nəticələnəcək. Çünki onların meydanda etdikləri inanılmaz idi. Qazandıqları bütün titullara layiqdirlər. Yekun qərarı gözləmək lazımdır. Bu, təəccüblüdür. Lakin biz prosesə hörmətlə yanaşmalı və qərarı gözləməliyik. Yalnız futbol baxımından danışsaq, onlar bu titulları haqq ediblər”, – deyə Enrike bildirib.

Xəbər xətti