"Real" transfer yarışında liderdir

21:51 - 14 Oktyabr 2026

"Real" "Mançester Yunayted"in hücumameyilli yarımmüdafiəçisi Cey-Cey Qabrieli heyətinə qatmağa yaxındır.

Sportal.az xəbər verir ki, İspaniya nəhəngi sentyabrda klubdan ayrılmaq qərarına gələn 16 yaşlı futbolçunun mümkün transferi ilə bağlı danışıqlara başlayıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Qabriel "Mançester Yunayted"in əsas komandasında özünü sübut etmək üçün kifayət qədər şans qazanmamasından narazıdır. Eyni zamanda, gənc istedad Premyer Liqadakı birbaşa rəqiblərdən birinə keçmək istəmir. Buna görə də o, İngiltərədən kənardakı variantları nəzərdən keçirir.

Hazırda gənc futbolçunu transfer etmək yarışında "Real" liderlik edir. Madrid klubu mümkün transfer şərtlərini müzakirə etmək məqsədilə həm oyunçunun nümayəndələri, həm də "Mançester Yunayted"lə birbaşa əlaqə yaradıb.

"Barselona", PSJ və "Bavariya" da Qabrielə maraq göstərirə Bu klublar da futbolçunun tərəfi ilə danışıqlar aparıblar. Lakin hazırkı mərhələdə perspektivli ingiltərəli futbolçunu öz layihəsinə cəlb etmək baxımından "Real" ən əlverişli mövqedə görünür.

Xəbər xətti