Azərbaycan UEFA reytinqində bir pillə yüksəlib.
Sportal.az xəbər verir ki, "Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda "Slaviya"(Praqa) klubuna qalib gələrək aktivindəki xalları artırıb.
Azərbaycan çempionuun reytinqinə 0,500 əmsal əlavə edib. Bununla da ölkəmizin xal ehtiyatı 24,187-yə yüksəlib.
Azərbaycan hazırda 24-cü pillədə qərarlaşıb.
UEFA-nın ölkələr üzrə reytinqinə 104,019 xalla İngiltərə başçılıq edir. Qeyd edək ki, “Sabah” oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada “Slaviya”nı 2:0 hesabı ilə məğlub edib.
saytlarin hazirlanmasi
