Millimizin üzvünün komandasından heç-heçə

22:30 - 15 Oktyabr 2026

Kosovoda futbol üzrə Superliqasında 9-cu turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüsal İskəndərlinin çıxış etdiyi “Malishevo” doğma meydanda "Priştina" ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Start heyətində meydana çıxan İskəndərli sonadək oyunda olub.

Hazırda “Malishevo” 20 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Xəbər xətti