Namazov klub prezidentinin sifarişi ilə işləmədiyi üçün göndərilib - “İmişli”də Perkons əməliyyatı

16:10 - 15 Oktyabr 2026

“İmişli”nin yeni baş məşqçisi bəllidir. Bölgə təmsilçisini bundan sonra Ervins Perkons çalışdıracaq.

Sportal.az Futbolinfo.az-a istinadən xəbər verir ki, klub hələ təyinatı rəsmən açıqlamayıb. Onun istefaya göndərilən Fərid Namazovu müvəqqəti əvəz etdiyi bildirilib.

Buna qədər Namazovun köməkçisi olan Perkonsun daimi baş məşqçi elan olunması qarşıdakı nəticələrdən asılıdır. Çətin rəqiblərlə görüşdə uğursuzluğa düçar olan Namazova rahat təqvimdə özünü göstərmək imkanı verilmədi. İndi latviyalı mütəxəssis “Turan Tovuz”, “Şamaxı”, “Kəpəz”, “Sumqayıt”, “Zirə”, “Şəfa” və “Qəbələ” ilə görüşlərdə xallar yığmalı, bundan sonra isə klub rəhbərliyi qərarını açıqlamalıdır.

Fərid bəyin istefasının arxasında da Perkonsun imzası var. O, vəzifə səlahiyyətlərin aşdığı üçün Namazovun qəzəbinə tuş gəlmişdi. Belədə klub rəhbərliyi latviyalıya dəstək verməyi lazım bilib. Çünki sabiq baş məşqçidən fərqli olaraq, Perkons klub prezidenti Kamran Eyyubovun göstərişlərini yerinə yetirməyə hazır olduğunu bildirib.

Ötən il məşqçi kurslarına qatılaraq kateqoriya alan Eyyubov heyətin müəyyənləşdirilməsində söz sahibi olmaq istəyir. Namazovun istefasının səbəbi də budur. O, klub prezidentinin tapşırığı ilə bəzi oyunçuları heyətə salmadığı üçün istefaya göndərilib.

Kamran bəy bu yay məşqçinin iradəsinə zidd olaraq transfer edilən Sebai Senin və Françisko Moraisin daim oynamasını tələb edirmiş, məşqçilər isə gənc legionerlərin səviyyəsini qənaətbəxş saymırmış. Perkons baş məşqçi olmaq üçün prezidentin göstərişlərinə əməl edəcəyini vəd edib. Bu səbəbdən sözügedən oyunçuları növbəti turlarda heyətdə görsəz, təəccüblənməyin.

Xəbər xətti