Fransa millisinin keçmiş oyunçusu Kristof Düqarri PSJ-nin 2026/2027 mövsümündə UEFA Çempionlar Liqasının ikinci turunda “Mançester Siti” üzərində 4:2 hesablı qələbəsini şərh edib.
Sportal.az “RMC Sport”a istinadən xəbər verir ki, "Barselona"nın sabiq futbolçusu Fransa çempionunun istənilən rəqibi məğlub edəcək gücdə olduğunu deyib:
“İlk hissədə ustalıq səviyyəsi öz sözünü dedi. PSJ hər zaman bir mesaj göndərir: komanda mövsümə orta səviyyədə başlasa belə, istənilən rəqibi məğlub etmək üçün yalnız düzgün rejimi aktivləşdirməlidir. Görünür, parislilər sadəcə tempi artırmalı və ya matçın nəticəsini dərhal müəyyən etmək üçün bir az daha çox səy göstərməlidirlər. Bəli, onlar ikinci hissədə çətinlik çəkdilər, amma düşünürəm ki, bu, yalnız bir az rahatladıqları və tempi yavaşlatdıqları üçün idi. Onlar istənilən komandadan üstündür. Bu, bütün rəqibləri üçün çox ciddi bir siqnaldır".
PSJ oktyabrın 20-də “Barselona” ilə qarşılaşacaq. Qeyd edək ki, Düqarri “Bordo”, “Milan”, “Barselona”, “Marsel”, “Birmingem” kimi klublarda oynayıb.
saytlarin hazirlanmasi
