"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi heyətində - FOTO

19:50 - 15 Oktyabr 2026

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II turunun rəmzi heyəti açıqlanıb.

Sportal.az xəbər verir ki, simvolik "11-lik"də "Sabah"ın qapıçısı Stas Pokatilov da yer alıb.

Qeyd edək ki, qazaxıstanlı qolkiper Azərbaycan çempionunun "Slaviya"nı 2:0 hesabı ilə məğlub etdiyi matçda kritik qurtarışlarda yadda qalıb.

Həftənin rəmzi heyəti:

Qapıçı: Stas Pokatilov ("Sabah")

Müdafiəçilər: Fredrik Şevold ("Budyo-Qlimt"), Yeff Şabo ("Ştutqart"), Henrik Falkhener ("Vikinq") və Maksimiliano Arauxo ("Sportinq")

Yarımmüdafiəçilər: Vitinya (PSJ), Joan Manzambi ("Aston Villa")

Hücumçular: Lamin Yamal ("Barselona"), Bredli Barkola ("Liverpul"), Harri Keyn ("Bavariya"), Nikolo Trezoldi ("Brügge").


Xəbər xətti