"Qarabağ"ın futbolçuları üçün seminar keçirildi - FOTOLAR

14:58 - 16 Oktyabr 2026

15 oktyabr tarixində Sərhədçi İdman Kompleksində "Qarabağ"ın akademiyası üçün futbol mərcləri və bu fəaliyyətin hüquqi nəticələri ilə bağlı maarifləndirici seminar keçirilib.

Sportal.az xəbər verir ki, seminar zamanı futbolçulara futbol oyunlarına mərc etməyin mahiyyəti, bununla bağlı mövcud qanunvericilik və qanun pozuntularının hüquqi nəticələri haqqında məlumat verilib.

Mövzunun daha yaxşı mənimsənilməsi məqsədilə interaktiv tapşırıqlar və sual-cavab sessiyaları təşkil olunub. İştirakçılarla futbol mərclərinin mümkün riskləri və bu sahədə qanunvericiliyə əməl etməyin vacibliyi barədə müzakirələr aparılıb.


Xəbər xətti