Bu mövsümə qədər dövlət tərəfindən klublara ayrılan maliyyə dəstəyi Futbolun İnkişafı Fondu vasitəsi ilə həyata keçirilib. Sportal.az-ın əldə etdiyi məlumata görə, bu mövsümdən vəziyyət dəyişib. Artıq köçürmələr birbaşa AFFA üzərindən edilir.
Məlumatı dəqiqləşdirmək üçün FİF-in mətbuat xidmətinə müraciət etdik. Qurumdan faktı təsdiqlədilər. Lakin bu dəyişikliyin hansı zərurətdən irəli gəldiyinə dair məlumatlı olmadıqları deyildi.
Axır vaxtlar FİF-in AFFA-dan maliyyələşməsinin dayandırılacağı ilə bağlı xəbərlər dolaşır. Amma hələ ki bu barədə heç bir rəsmi məlumat yoxdur. Qeyd edək ki, 2025-ci il üçün AFFA Futbolun İnkişafı Fonduna 384 min manat vəsait ayırıb.
saytlarin hazirlanmasi
