“Mançester Yunayted”in sabiq müdafiəçisi Eşli Yanq hesab edir ki, klub Lisandro Martineslə yollarını ayırmalıdır.
Sportal.az xəbər verir ki, daha əvvəl Lisandro “Mançester Yunayted” rəhbərliyini tənqid edib. Futbolçu “Çelsi”yə qarşı keçirilən və 0:2 hesabı ilə başa çatan son matçda isə iki sarı vərəqə alaraq meydandan qovulub.
“Əgər klubun baş məşqçisi və ya sahiblərindən biri olsaydım, indidən yanvar ayını düşünər və belə deyərdim: ‘Onu dərhal komandadan göndərin. Sadəcə, onunla yollarınızı ayırın. O, komandaya heç bir fayda vermir’”, – deyə Yanq bildirib.
saytlarin hazirlanmasi
