“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik gələcəyi barədə düşünmədiyini və diqqətini qarşıdakı oyunlara yönəltdiyini bildirib.
Sportal.az xəbər verir ki, sabah “Mançester Yunayted” Çempionlar Liqasının 4-cü turunda “Roma” ilə qarşılaşacaq. Mançester təmsilçisi bütün turnirlərdə keçirdiyi son 9 oyunda qələbə qazana bilməyib.
"Mən futbolçuları tanıyıram və nəyə qadir olduğumuzu bilirəm. Bunu əvvəllər, o cümlədən yaxın vaxtlarda da nümayiş etdirmişik. Birlik olanda nələr edə biləcəyimizi yaxşı bilirəm. Hərəkətə keçməli və vəziyyəti mümkün qədər tez yaxşılığa doğru dəyişməliyik. Bu həftə bizi iki möhtəşəm oyun gözləyir. Bu da özümüzə xoş axşamlar bəxş etmək üçün daha bir gözəl fürsətdir. Mən gələcəyə baxa bilirəm... Nə baş verəcəyini heç vaxt əvvəlcədən bilmək olmaz. Sabahkı oyunu səbirsizliklə gözləyirəm. Nəticələrimizi nəzərə alsaq, bəlkə də, dəli olduğumu düşünə bilərsiniz. Bundan sonra nə baş verəcəksə, o da sonra olacaq, – deyə Karrik bildirib.
saytlarin hazirlanmasi
