Kosta Runyaiç “Udineze”nin baş məşqçisi vəzifəsindən ayrılıb.
Sportal.az xəbər verir ki, İtaliya klubu 55 yaşlı mütəxəssisin istefaya göndərildiyini açıqlayıb. Runyaiç 2024-cü ilin iyul ayından komandaya rəhbərlik edirdi.
“Udineze” bütün turnirlərdə keçirdiyi son 8 oyunda 7 dəfə məğlub olub, 1 dəfə isə heç-heçə edib. Klub A Seriyasında 10 turdan sonra 5 xal toplayaraq turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
