"Bavariya"da iki ciddi itki

17:58 - 1 Noyabr 2026

Almaniyanın "Bavariya" klubunun heyətində iki ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin yarımmüdafiəçisi İsmael Saybari ilə hücumçusu Serj Qnabri sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hər iki futbolçu Bundesliqanın VIII turunun "Borussiya" ilə oyununda (2:2) zədələnib.

Saibarinin topuğunda, Qnabrinin isə dizində zədə aşkarlanıb. Klub onların yaşıl meydanlarda qayıdacağı tarixlə bağlı məlumat verməyib.

Xəbər xətti