“Sumqayıt”ın keçmiş hücumçusu Momo Yansane özünə yeni komanda tapıb.
Sportal.az xəbər verir ki, 29 yaşlı forvard Hindistanda oynayacaq.
Qvineyalı futbolçu “Kerala Blasters”lə müqavilə imzalayıb. O, 2027-ci il mayın 31-nə qədər Hindistan klubunda oynayacaq.
Qeyd edək ki, Momo 2025-ci ildə “Sumqayıt”da çıxış etmişdi, oradan isə Ermənistanın “Pünik” klubuna keçmişdi.
Ümumilikdə isə Yansane “Nijni Novqorod”, “Şerif”, “Riyeka”, “Torpedo”(Kutaisi), “Omoniya”(Aradiuppu) kimi klublarda çıxış edib.

