İngiltərə millisinin hücumçusu Premyer Liqaya qayıda bilər

19:59 - 29 Oktyabr 2026

"Əl-Əhli"nin hücumçusu Ayven Touni İngiltərə Premyer Liqasında qayıda bilər.

Sportal.az xəbər verir ki, "Nyukasl" ingiltərəli forvardın xidmətində maraqlıdır. Bu barədə insayder Əkrəm Komur məlumat yayıb.

"Sağsağanlar" Tounini yanvarda transfer etməyə çalışacaqlar. "Nyukals"ın baş məşqçisi Matias Yaysle Səudiyyə Ərəbistanı klubunda birlikdə çalışdığı 30 yaşlı futbolçunu yenidən sərəncamında görmək istəyir.

Qeyd edək ki, "Əl-Əhli" Ayven Tounini 2024-cü ilin yayında "Brentford"dan 42 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü cari mövsümdə "ağ-yaşıllar"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 13 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti