Bu gün “Qarabağ”ın gənclər komandası UEFA (U-19) Gənclər Liqası liqasında Çempionlar Yolunun ikinci turunun ilk oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Xorvatiyanın “Dinamo”(Zaqreb) klubunu qəbul edib. "Azərsun Arena"da baş tutan oyun rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
15:30 "Qarabağ" (U-19) – “Dinamo” (U-19) 1:2
Qollar: Viktor Ani Çidioke, 45 (pen) - Yona Benkotiç, 67, Roko Ban, 90
Hakim: Karl Kopper (Estoniya)
Bakı, "Azərsun Arena"
Komandalar arasında cavab qarşılaşması noyabrın 4-də Zaqrebdə keçiriləcək.
saytlarin hazirlanmasi
