“Bavariya”nın və İngiltərə millisinin hücumçusu Harri Keyn 2026-cı ilin “Qızıl top” mükafatını qazanıb.
Sportal.az xəbər verir ki, 33 yaşlı ingiltərəli futbolçu karyerasında ilk dəfə bu mükafata layiq görülüb.
Ötən mövsüm Keyn “Bavariya” ilə Almaniya çempionluğunu, ölkə kubokunu və Superkubokunu qazanıb. O, həmçinin 36 qolla Bundesliqanın ən yaxşı bombardiri olub.
İngiltərə millisinin heyətində isə 2026-cı il dünya çempionatını üçüncü pillədə başa vurub.
Qeyd edək ki, 2022-ci ildən etibarən “Qızıl top” mükafatı təqvim ilinin deyil, mövsümün nəticələrinə əsasən təqdim olunur. Bu il qiymətləndirmə dövrü 3 avqust 2025-ci ildən 19 iyul 2026-cı ilədək olan müddəti əhatə edib.
saytlarin hazirlanmasi
