Azərbaycanın U-21 yığma komandasının və “Pafos”un futbolçusu Murad Məmmədov qışda başqa kluba icarəyə verilə bilər.
Sportal.az saytına verilən məlumata görə, 20 yaşlı vingerin xidmətində bir çox klub maraqlıdır. Onlar arasında həm Azərbaycan, həm də Avropa klubları var. Kipr çempionatında iştirak edən “Omoniya”(Aradippu) Məmmədovu qışda icarəyə götürmək niyyətindədir.
“Pafos” rəsmiləri də böyük ümidlərlə komandaya cəlb etdiyi futbolçumuzun oyun praktikasının daha çox olmasından ötrü, bu addımı atmağı düşünür. Bir müddət idi ki, zədə səbəbindən oynaya bilməyən U-21 yığmamızın üzvü 2029-cu il mayın 31-nə qədər “Pafos”a məxsusdur. O, “Neftçi”nin yetirməsidir.
