FİFA-nın qlobal futbol inkişafı üzrə rəhbəri Arsen Venger sabah startı veriləcək U-15 yığma komandalarının dünya çempionatı və və Festivalı üçün Azərbaycana gəlib.
Sportal.az xəbər verir ki, FİFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina da Bakıya səfər edəcək. Onunla yanaşı, FİFA-nın prezidenti Canni İnfantino da paytaxtımızda olacaq.
Adları hələ açıqlanmayan bir neçə dünya futbol ulduzu isə oktyabrın 30-da keçiriləcək dünya çempionatının həlledici görüşü üçün Bakıya səfər edəcək.
