"Qapıların yavaş-yavaş üzümüzə açılması çox xoşdur" - Bakıdakı dünya çempionatı haqda

14:22 - 22 Oktyabr 2026

Rusiya Premyer Liqasının (RPL) prezidenti Aleksandr Alayev 22-30 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək FIFA U-15 Dünya Kuboku və FIFA Festivalı ilə bağlı şərh verib.

Sportal.az "TASS"a istinadən xəbər verir ki, Alayev Bakıdakı turnir barədə buları deyib:

"Bu, gözəl turnirdir. Mənim üçün bu, hətta idman turniri deyil, böyük futbol festivalıdır. Orada 191 ölkə olacaq və bizimkilər də iştirak edəcək... Qapıların yavaş-yavaş üzümüzə açılması çox xoşdur. Əlbəttə ki, bu, Rusiya futbolunun (UEFA və FIFA yarışlarına – red.) qəbul edilməsi istiqamətində bir addımdır, 100 faiz belədir".

Xatırladaq ki, bu, 2022-ci ildən bəri Rusiya milli komandasının öz bayrağı və himni altında çıxış edəcəyi ilk rəsmi FIFA turniridir.
 

Xəbər xətti